Vaqif Sadıqovun komandası üçün iki yeni meydança

Vaqif Sadıqovun komandası üçün iki yeni meydança
XƏBƏR 22 Oktyabr 2011 / 11:57 1574
-  A +

Rusiyanın “Anji” klubu futbolun inkişafı yolunda daha növbəti mühüm addımını atıb.

Qol.Az-ın məlumatına görə, milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı Mahaçqala təmsilçisi “Xəzər” stadionunda daha iki meydança istifadəyə verilib.

Bu meydançalar klubun gələcək bazasının əsasını təşkil edəcək. Süni örtüklü qazaonda isə “Volqa”nın gənclərdən ibarət komandası ev oyunlarını keçirəcək. Bunun üçün arenada tablo quraşdırılıacaq. Bundan başqa, paltardəyişmə və vanna otaqları səliqəyə salınacaq.

Qeyd edək ki, “Anji” rəhbərliyi yaxın gələcəkdə “Xəzər” stadionunda daha iki meydançanı futbolçuların ixtiyarına verəcək.

Son xəbərlər