Parks “Xəzər Lənkəran”la oyundan danışdı

Parks “Xəzər Lənkəran”la oyundan danışdı
XƏBƏR 22 Oktyabr 2011 / 11:44 2035
-  A +

"Hər iki komanda üçün oyunun gözəl alındığını deyə bilərəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Bakı”nın hücumçusu Uinston Parks deyib. Klubun rəsmi saytına danışan futbolçu öz çıxışını da qiymətləndirib:

“Günü-gündən oyunumu yaxşılaşdırıram ki, "Bakı" üçün daha çox xeyirli olum. Bu oyunda keçmiş komandam "Xəzər Lənkəran"a qarşı oynayırdım, hazırkı komandam üçün əlimdən gələni etdim. Vurduğum ilk qol komandamda və özümdə inam yaratdı”.

“Bakı” növbəti turda “Qarabağ”la qarşılaşacaq. Parks bu oyuna da ciddi hazırlaşıb, nəticə qazanacaqlarını söyləyib:

“İndi bizi "Qarabağ"la oyun gözləyir. Bu komanda Azərbaycanın ən güclü klublarından biridir. Bu oyuna da daha ciddi çalışıb, nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Son xəbərlər