Vaqif Cavadovun komandası uduzdu

Vaqif Cavadovun komandası uduzdu
XƏBƏR 22 Oktyabr 2011 / 16:54 2029
-  A +

Milli komandamızın üzvü Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu bu gün ölkə çempionatında növbəti oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, Premyer-Liqanın 28-ci turu çərçivəsində Nijni-Novqorod təmsilçisinin rəqibi “Krasnodar” klubu olub. Bakı vaxtı ilə 15:00-da başlayan qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. Vaqif görüşün sonlarında meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib..

Qeyd edək ki, həmyerlimizin komandası hazırda 12-ci pillədə qərarlaşıb.

Rusiya Premyer Liqası, 28-ci tur

15:00. “Volqa” – “Krasnodar” - 0:2
Qollar:
Otar Martsvaladze, 60, Yura Movsisyan, 90


Son xəbərlər
02.07.25  14:35

PFL 17 yaşında