Arsen Venger: "Arşavin "Arsenal" üçün vacib oyunçudur"

Arsen Venger: "Arşavin "Arsenal" üçün vacib oyunçudur"
XƏBƏR 22 Oktyabr 2011 / 02:13 1502
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger komandasının rusiyalı futbolçusu Andrey Arşavin haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, fransız mütəxəssis Arşavinin "Arsenal" üçün vacib oyunçu olduğunu qeyd edib:

"Arşavin "Arsenal" üçün çox vacib oyunçudur. İnanıram ki, o daha bir neçə il komandada qalacaq. "Marsel"lə oyunda hər kəs onun bacarığını bir daha gördü.

Bu futbolçu gündən-günə artırır. Məşqlərdə çox həvəslə çalışır ki, bu da məni məmnun edir. Ümid edirəm ki, Arşavin qarşıdakı oyunlarda da komandaya faydalı olacaq".


Son xəbərlər