Starkov Şarliyanı müdafiə etdi

Starkov Şarliyanı müdafiə etdi
XƏBƏR 21 Oktyabr 2011 / 18:13 1834
-  A +

“Bakı”nın baş məqçisi Aleksandr Starkov “Xəzər Lənkəran”la oyunun axırlarında komandasını qələbədən edən Marko Şarliyanın yol verdiyi kobud səhvə münasibət bildirib.

Latviyalı çalışdırıcı Qol.Az-ın müxbiri ilə söhbətində bu səhvdən sonra Şarliyanın növbəti oyunlarda əsas heyətdə çıxış edib-etməyəcəyinə aydınlıq gətirib. Starkov buna xorvatiyalı qapıçının məşqlərdəki çıxışından sonra qərar verəcəyini söyləyib:

“Bu bərədə dəqiq bir söz deyə bilmərəm. Şarliyanın məşqlərdəki oyununu dəyərləndirdikdən sonra onun növbəti oyunlarda meydana çıxıb-çıxmayacağına qərar verəcəyəm. Amma Şarliya yaxşı qapıçıdır. Bundan başqa, heç kim səhv etməkdən sığortalanmayıb”.

Son xəbərlər