Elnur Abdulov: “Qəbələ" qarşısında bizə çox çətin olacaq"

Elnur Abdulov: “Qəbələ" qarşısında bizə çox çətin olacaq"
XƏBƏR 21 Oktyabr 2011 / 18:01 2862
-  A +

“Son matçlarda “Xəzər-Lənkəran” və “Neftçi” kimi komandalara qalib gəlmək bizə müyəssər oldu və çox istərdim ki, bu xoş qələbə seriyasını “Qəbələ” ilə matçda da davam etdirək”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”in gənc futbolçusu Elnur Abdulov klubun rəsmi saytına açıqlamasında deyib. Matça ciddi hazırlaşdıqlarını deyən yarımmüdafiəçi onları çətin oyunun gözlədiyini bildirib:

“Rəqibin gücünü bilirik və qarşılaşmaya diqqətlə hazırlaşırıq. “Qəbələ” ilk növbədə fiziki hərəkətlərə istinadən baxımlı və sürətli futbol oynayır və bizə çox çətin olacaq. Lakin “İnter”in də üstünlükləri var və biz bunlardan istifadə etməyə çalışacağıq”.

Son xəbərlər