Starkov: “Cəmşidin qırmızı vərəqə alması bizi pis vəziyyətdə qoydu"

Starkov: “Cəmşidin qırmızı vərəqə alması bizi pis vəziyyətdə qoydu"
XƏBƏR 21 Oktyabr 2011 / 17:44 1512
-  A +

Premyer Liqanın X turunun “Bakı” – “Xəzər Lənkəran” oyununda qalib müəyyənləşməyib. Qol.Az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Aleksandr Starkov oyunla bağlı fikirlərini bildirib:

“İlk hissədə məğlub olsaq da, ikinci yarıda komanda toparlana bildi və əvvəlcə hesabı bərabərləşdirdi, ardınca isə önə çıxdı. Ancaq buna baxmayaraq, Cəmşidin qırmızı vərəqə görməsi bizi pis vəziyyətdə qoydu. Rəqib də müdafiədə yaranmış boşluqlardan lazımınca istifadə etdi. Hesab bərabərləşdikdən sonra da imkanlarımız oldu. Ancaq bunlardan yararlana bilmədik. Qələbə qazanmalı olduğumuz oyun idi”.

Starkov bugünkü qarşılaşmada dubl edən Uinston Parksın oyununu da dəyərləndirib: “Parks yavaş-yavaş öz oyununu tapır. Bu gün də iki dəfə fərqlənməklə, komandamıza bir xal qazandırdı. Getdikcə daha da yaxşı çıxış edəcəyinə əminəm”.

Son xəbərlər