“Bakı” rəsmisi: “Fariz Yusifov “Xəzər Lənkəran”ı məğlubiyyətdən xilas elədi”

“Bakı” rəsmisi: “Fariz Yusifov “Xəzər Lənkəran”ı məğlubiyyətdən xilas elədi”
XƏBƏR 21 Oktyabr 2011 / 17:07 2649
-  A +

“Bakı” – “Xəzər Lənkəran” matçından sonra paytaxt klubunun Marketinq və İctimai Əlaqələr Departamentinin rəhbəri Nəriman Mehdiyev oyunun baş hakimi Fariz Yusifovun idarəçiliyindən narazılığını dilə gətirib.

Qol.Az-ın məlumatına görə, Mehdiyev FİFA referisinin “Xəzər Lənkəran”ı məğlubiyyətdən xilas etdiyini söyləyib. Klub rəsmisi qalib gəldikləri oyunda Yusifovun idarəçiliyinidən şikayətlənib:

“Komandamız oyunun sonlarında hesabda irəlidə idi. Amma Fariz Yusifov futbolçumuza qırmızı vərəqə göstərməklə, komandamızı azlıqda qoydu. Nəticədə rəqib komanda hesabı bərabərləşdirdi. Yusifov "Xəzər Lənkəran"ı məğlubiyyətdən xilas elədi”.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner