Ronaldo: "Hələ öyrənəcəyim çox şeylər var"

Ronaldo: "Hələ öyrənəcəyim çox şeylər var"
XƏBƏR 21 Oktyabr 2011 / 14:38 2059
-  A +

"Real" (Madrid) klubunun ulduzu Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçularının məhz onun komandasında cəmləşdiyini bildirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən portuqaliyalı futbolçu bu haqda belə danışb:

"Dünyanın ən yaxşı futbolçuları "Real"da cəmləşib. Təbii ki, bu da məni məmnun edir. Hər keçən gün artırıram. Belə komandada çıxış edən futbolçu daha çox qazanır, nəinki itirir.

İstedadlı futbolçu ola bilərsən. Ancaq əsas odur ki, bu bacarığından maksimum istifadə edəsən. Meydana çıxdığım hər zaman özümü sübut etməyə çalışıram. Nə qədər təcrübəli futbolçu olsam da, hələ də öyrənəcəyim çox şeylər var".


Son xəbərlər