DÇ-2014-ün final mərhələsinin təqvimi açıqlandı

DÇ-2014-ün final mərhələsinin təqvimi açıqlandı
XƏBƏR 21 Oktyabr 2011 / 01:53 2158
-  A +

2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin təqvimi açıqlanıb.

Qol.Az-ın məlumatına görə, mundialın açılış oyunu iyunun 12-də San-Paulu şəhərində baş tutacaq.

Ümumilikdə isə dünya çempionatında baş tutacaq 64 qarşılaşma Braziliyanın 12 şəhərində keçiriləcək.

DÇ-2014-ün final matçının iyulun 13-də Rio-de-Janeyrodakı möhtəşəm “Marakana” stadionunda keçirilməsi nəzərədə tutulur.

Qeyd edək ki, millimiz DÇ-2014-ün seçmə qrup mərhələsində Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla birgə F qrupunda mübarizə aparacaq.


Son xəbərlər