Əvəzedicilərin çempionatı: Jaba “Xəzər Lənkəran”a 3 qol vurdu

XƏBƏR 20 Oktyabr 2011 / 17:53 2037
-  A +

Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında X tura start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edən “Bakı” rəqibini top atəşinə tutub. Paytaxt klubunun 6:2 hesablı qələbəsi ilə başa çatan matçda Aleksandr Starkovun əvəzedici heyətə göndərdiyi Jaba het-trik edib.

“Qarabağ” isə Zaqatalada “Simurq”a məğlub olub. Meydan sahiblərinin hər iki qoluna Ruhid Usubov imza atıb.

Əvəzedicilərin çempionatı, X tur

"Bakı" - "Xəzər Lənkəran" – 6:2
Qollar: Jaba, 19; 40; 90+3, Raul Yaqubzadə, 39, 80, Mahir İbrahimov, 47 - Elvin Mirzəyev, 43,  Elvin Mansurov, 52

"Simurq" - "Qarabağ"- 2:1
Qollar: Ruhid Usubov, 2, 67 - Emin Əliyev, 75


Turnir cədvəli

  Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 9 6 2 1 21-12 20
2 "Qəbələ" 9 6 1 2 15-9 19
3 "İnter" 9 5 1 3 12-9 16
4 AZAL 9 4 2 3 14-10 14
5 "Kəpəz" 9 4 2 3 15-12 14
6 "Qarabağ" 10 4 1 5 14-17 13
7 "Simurq" 10 3 3 4 14-22 12
8 "Rəvan" 9 3 3 3 11-12 12
9 "Turan" 9 3 2 4 18-18 11
10 "Sumqayıt Şəhər" 9 3 1 5 13-15 10
11 "Bakı" 10 3 1 6 21-22 10
12 "Xəzər Lənkəran" 10 2 1 7 12-22 7


Son xəbərlər