Fatih Terim "Real"ın futbolçusunu "Qalatasaray"a gətirir

Fatih Terim "Real"ın futbolçusunu "Qalatasaray"a gətirir
XƏBƏR 20 Oktyabr 2011 / 16:07 2599
-  A +

"Real" (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Həmid Altıntop karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın mlumatına görə, Türkiyə millisinin üzvü "Qalatasaray"ın maraq dairəsinə düşüb.

"Cim-Bom"un baş məşqçisi Fatih Terim 29 yaşlı futbolçunu komandasında görmək istədiyini açıqlayıb.

Artıq futbolçunun qış transfer pəncərəsi dönəmində "Real"dan ayrılaraq "Qalatasaray"a gəlməyə razılıq verdiyi bildirilir. 
    
Hazırda Madrid klubunda ilinə 2 milyon 200 min avro qazanan Altıntopa illik 3 milyon avro təklif edilib. Danışıqların uğurla nəticələnəcəyi təqdirdə futbolçu ilə 3,5 illiyinə müqavilə imzalanacaq.


Son xəbərlər