Azərbaycan millisinin futbolçusu: «Mən Rusiya yığmasında oynamaq istəyirəm»

Azərbaycan millisinin futbolçusu: «Mən Rusiya yığmasında oynamaq istəyirəm»
XƏBƏR 20 Oktyabr 2011 / 14:18 2617
-  A +

Rusiyanın «Volqa» klubunun Azərbaycanın 19 yaşadək milli komandasında çıxış edən futbolçusu Şamil Qurbanov gələcək karyerasıyla bağlı açıqlama verib. Qol.Az-ın məlumatına görə, Qurbanov «Volqa»nın rəsmi saytına müsahibəsində Azərbaycanın U-21 millisindən də dəvət aldığını söyləyib.

«Ola bilər ki, bəzi yoxlama oyunlarında iştirak edim» - deyən futbolçu bununla belə, karyerasını Azərbaycan millisində davam etdirmək istəmədiyini deyib.

«Mən doğulduğum ölkənin milli komandasında - Rusiyada oynamaq istəyirəm! Çox minnətdaram ki, mənə belə etimad göstərdilər və Azərbaycan komandasına kömək etdim. Amma gələcəyi qabaqlamaq istəmirəm. Rusiya millisindən dəvət gözləyəcəyəm».
 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner