"Ən azı 3 il daha "Arsenal"da qalacağam"

"Ən azı 3 il daha "Arsenal"da qalacağam"
XƏBƏR 19 Oktyabr 2011 / 17:06 1636
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger PSJ-yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Venger ən azı 3 il daha "Arsenal"da qalacağını açıqlayıb:

"PSJ-yə keçidim haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. Çünki mənim hələ "Arsenal"la 3 illik müqaviləm var.

Bu isə o deməkdir ki, ən azı 3 il daha "Arsenal"da qalacağam. Hər kəs məni sözləşmələrimə sadiq insan kimi tanıyır. İnanıram ki, karyeramın sonuna qədər belə olacağam".

Qeyd edək ki, Venger 1996-cı ildən "Arsenal" klubunu çalışdırır.


Son xəbərlər