“Mən əvvəl də milli komandadan imtina etmədiyim barəsində açıqlama vermişdim. Əgər yığmada çıxış etməkdən imtina etsəydim, onda komandanın təlim-məşq toplantısına qatılmazdım”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev deyib.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərarda Rəşadın bir müddən əvvəl millidən imtina etdiyi bildirilib və bununla bağlı “Neftçi” klubuna məktub ünvanlamaq məqsədəuyğun sayılıb.
“Mən həmin dönəmdə zədəli olduğum üçün müalicə prosesi keçirdim. Bundan başqa, özümü yaxşı formada görmədiyim üçün belə qərar verdim. Bu barədə milli komandanın baş məşqçisi Berti Foqtsla da söhbət etmişdim. Ona bildirdim ki, mən indiki durumumda özümü yığmada çıxış etmək üçün hazır görmürəm. Mənim yerimə oynayacaq futbolçu məndən daha faydalı ola bilər. O da fikrimə hörmətlə yanaşaraq razılıq verdiyini bildirdi. Mən heç zaman Azərbaycan yığmasına qarşı belə sayğısızlıq etmərəm” – deyə futbolçu bildirib.
AFFA-nın İntizam Komitəsinin Vaqif Cavadov haqda çıxardığı qərara da münasibət bildirən Abdullayev bunları deyib: “Vaqiflə baş məşqçi arasında nələrin baş verdiyini dəqiq bilmirəm. Özü də onun əsas heyətdə ən çox oynatdığı futbolçulardan biri Vaqif olub. Yəqin ki, sonradan münasibətləri korlandığı üçün Berti Foqts onu millidə görmək istəmirmiş.Vaqif millidə oynayan zaman komandaya xeyli faydası dəyib. Həm də gənc olduğu üçün onun gələcəyi hələ qarşıdadır. Düşünürəm ki, AFFA bunları nəzərə alaraq gələcəkdə onun cəzasını yüngülləşdirəcək”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”