“Real” Nuri Şahinə milliyə getməyi qadağan etdi

“Real” Nuri Şahinə milliyə getməyi qadağan etdi
XƏBƏR 19 Oktyabr 2011 / 12:03 2285
-  A +

İspaniyanın “Real” klubu Nuri Şahinin noyabrda Türkiyə millisinin düşərgəsinə yollanmağına qadağa qoyacağını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisi bəzi zədəli futbolçularını qorumaq məqsədilə belə bir addım atıb.

“Kral klubu”na yayda transfer olunmağına baxmayaraq, Nuri zədə səbəbindən hələ də yeni komandasında debüt etməyib. Bunu nəzərən alan “Real”ın məşqçilər korpusu yarımmüdafiəçini zədəsi tam sağalana qədər millinin düşərgəsinə buraxmaq istəmir.

Belə olan halda Nuri Türkiyə yığmasının Avro-2012-nin “play-off” mərhələsinin Xorvatiya ilə oyunlarında “ay-ulduzlular”a kömək edə bilməyəcək. Hələlik Türkiyə Futbol Federasiyası “Real”ın bu istəyinə münasibət bildirməyib. Ancaq xorvatlarla matçın türklər üçün ölüm-dirim mübarizəsi olduğunu nəzərə alsaq, TFF-nin ispan klubunun bu təklifi ilə razılaşacağı inandırıcı görünmür.

Son xəbərlər