"Qarabağ"a "Bakı"yla oyuna görə texniki məğlubiyyət verildi

XƏBƏR 24 Mart 2009 / 17:02 2598
-  A +

15 yaşlılardan ibarət komandalar arasında Azərbaycan birinciliyinin “Bakı” - “Qarabağ” matçında “Qarabağ” klubunun protokolda adları göstərilən futbolçular ilə meydanda olan futbolçuların adları üst-üstə düşmədiyi üçün oyun baş tutmamışdır. AFFA-nın rəsmi saytının məlumatına görə, bu səbəbdən də AFFA Nizam-Intizam Komitəsi əsasnaməyə uyğun olaraq, “Qarabağ” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib. Eyni zamanda “Qarabağ” klubundan tələb olunub ki,  bu məsələdə təqsirli olan şəxslər haqqında lazımi ölçü götürsün və İntizam Komitəsinə məlumat versin.

Daha çox


Son xəbərlər
topaz banner