Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Qran-Pri” turnirində Azərbaycan yığması daha bir medalı təmin edib.
Qol.Az-ın məlumatına görə, olimpiya çempionumuz Elnur Məmmədli turnirin yarımfinalına yüksəlməklə, ən azı bürünc medal qazanıb.
Məmmədli bu uğura nə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazandığı 73 kq, nə də bu il Avropa çempionu olduğu 81 kq çəki dərəcəsində nail olub. O, “Qran-Pri”də 90 kq çəkidə 4 ən güclü cüdoçu sırasına düşməyi bacarıb.
İdmançımız əvvəlcə hollandiyalı Robbi van Larhoveni, ardından kanadalı Aleksandr Emondu yenib. 1/8 finalda Məmmədli cənubi koreyalı Kyu-Von Lini 41 saniyəyə üstələyib. ¼ finalda isə cüdoçumuz özbəkistanlı Dilşod Çoriyevdən güclü olub. İndi Məmmədli finala yüksəlmək üçün isveçli Markus Nimana da qalib gəlməlidir.
Maraqlıdır ki, 90 kq çəkidə 1 nömrəli cüdoçumuz sayılan Elxan Məmmədov 5-ci yerlə kifayətlənib. O, braziliyalı Vinisius Nunyes və avstriyalı Maks Şirnhoferə qalib gəlsə də, ¼ finalda cənubi koreyalı Dae-Nam Sonqa uduzub.
Oktyabrın 18-də tatami üzərinə çıxmış daha bir cüdoçumuz Elmar Qasımov ilk görüşdə braziliyalı Leonardo Leyteyə qalib gəlsə də, 1/8 finalda monqolustanlı Tuvşinbayar Naydana uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, ötən gün Ramilə Yusubova (63 kq) gümüş medal qazanıb. Digər cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) və Elxan Rəcəbli (81 kq) 5-ci yerlə kifayətlənib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu