Boks üzrə Azərbaycan milli komandası Bakıda keçirilmiş dünya çempionatında ən gənc kollektiv olub.
Qol.Az-ın AİBA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yarış zamanı yığmamızın orta yaş həddi 20,4 olub. Saytda yerləşdirilən məlumatda bildirilir: “Meydan sahibləri 16-cı dünya çempionatında ən gənc komanda olsa da, onlar 1 qızıl, 1 gümüş medal və daha 2 lisenziya qazana bildilər.
Bu boksçular WSB liqasından London Olimpiadasına vəsiqə qazanmış Soltan Migitinova qoşuldular. Ankarada Avropa çempionu olan Salman Əlizadə, Teymur Məmmədovla yanaşı, Elvin İsayevin də hələ 19 yaşı tamam olmayıb. Azərbaycan komandası London olimpiadasınadək təcrübəsini artıraraq, planetin ən böyük yarışında uğurla çıxış etməyə çalışacaq”.
Dünya çempionatında çıxış edən ikinci ən gənc komanda Dominikan Respublikası olub – 20,6 yaş. Dominikan yığması Azərbaycan paytaxtına 5 gənc boksçu göndərsə də, onlar olimpiadaya lisenziya qazana bilməyiblər.
Boks üzrə Meksika millisinin əsasını həmişə gənclər təşkil edir. Onların dünya çempionatında orta yaş həddi 20,7 olub. Ancaq meksikalılar Bakıda lisenziyaya həsrət qalıblar. Oskar Valdes və Oskar Molinalı Meksika komandası oktyabrın 21-də Qvadalaxara şəhərində təşkil olunacaq Pan Amerika oyunlarında uğur qazanmağa çalışacaq.
Dünya çempionatının digər gənc komandaları bunlar olub: Türkmənistan - 21,1, ABŞ - 21,3 Kuba - 21, 7, Özbəkistan - 21, 8, Polşa - 22,0, Qırğızıstan - 22, 2.
Ən yaşlı komanda isə Tailand millisi olub – 26,4. Bu ölkə 3 lisenziya əldə etsə də, medalsız qalıb. Dünya çempionatındakı digər təcrübəli komandalar: Kolumbiya - 26,1, İtaliya – 25,7, Rusiya - 25,3, Kanada – 25,2, Çin - 25,1, Mərakeş – 25.
Ümumiyyətlə, Bakıda bütün boksçuların orta yaş həddi 23,55, qızıl medalçıların orta yaş həddi 23,9 olub. Milandakı dünya çempionatı (24,2) ilə müqayisədə qaliblər bir qədər cavanlaşıblar.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu