UEFA-dan Anar Salmanova yeni təyinat

UEFA-dan Anar Salmanova yeni təyinat
XƏBƏR 18 Oktyabr 2011 / 17:30 1590
-  A +

FİFA referisi Anar Salmanov yeni təyinat alıb. Qol.Az-ın məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində noyabrın 8-dən 13-dək İsraildə keçiriləcək V qrupun 2 oyununu Anar Salmanov idarə edəcək.

Bu qrupda daha bir təmsilçimiz isə referi köməkçisi Mübariz Haşımov olacaq.

Qeyd edək ki, V qrupda İsrail, Serbiya, Litva və Çexiya komandaları mübarizə aparacaq.

Son xəbərlər