“Qalatasaray”ın sabiq prezidenti saxlanıldı

“Qalatasaray”ın sabiq prezidenti saxlanıldı
XƏBƏR 18 Oktyabr 2011 / 15:57 1809
-  A +

“Qalatasayar” klubunun sabiq prezidenti Faruk Sürən saxlanılıb. Qol.Az-ın məlumatına görə, tanınmış iş adamı bu gün səhər saatlarında polis idarəsinə gətirilib.

Polis əməkdaşları cinayətkar dəstəyə rəhbərlik etməkdə təqsirləndirilən Sürənin evi və ofisində axtarış aparıblar. Nəticədə Sürənə aid bəzi sənədlər polis tərəfindən ələ keçirilib.

Qeyd edək ki, sabiq “Qalatarasay” prezidenti ilə yanaşı, Türkiyənin “TNT” kanalının baş direktoru Efe Onbilgin də saxlanılıb. Hər iki şəxs polis idarəsində ifadə verib.

 


Son xəbərlər