“İnter”in yeni transferi danışdı

“İnter”in yeni transferi danışdı
XƏBƏR 18 Oktyabr 2011 / 14:46 2165
-  A +

“Mənim birinci klubum doğma Seneqalın komandası idi. O vaxt mən Seneqalın U-17 yığmasının da formasını geyinirdim. Bundan sonra Fransaya yolladım və "Nansi" klubuyla ilk peşəkar müqavilə imzaladım. Burada iki il keçirdim və İsveçrənin "Ksamaks" klubuna keçdim. Karyeramın axırıncı üç mövsümünü elə bu komandada keçirdim”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”in yeni transferi İbrahima Niasse klubun rəsmi saytına müsahibəsində deyib. Azərbaycana necə gəldiyini danışan futbolçu Bakını çox bəyəndiyini bildirib. Niasse “İnter”dəki çıxışının onun karyerasında mühüm mərhələ olacağına inanır:

“Mənim menecirim buranı təklif etdi. Buraya gələndə şəhərdən və komandadan  çox xoşum gəldi. "Ksamaks" klubuyla olan müqaviləm artıq bitmişdi və  "İnter"ə keçmək üçün artıq heç-bir maneə qalmamışdı. Beləliklə, mən yenidən Bakıya gəldim və bu klubla müqavilə imzaladım. Yenə təkrar edirəm ki, şəhəriniz çox xoşuma gəldi. Ümid edirəm ki, burada oynamaq mənim karyeramda mühüm mərhələ olacaq”.

İnter" çox yaxşı komandadır. Burada hər şey xoşuma gəlir. Komanda məşqçilərinin futbolçulara keçdiyi məşqləri çox bəyəndim. Bu məşqlər daim təkmilləşməyə təkan verir. Mən artıq özümdə bu artımı görürəm”.

 


Son xəbərlər