AFFA «Qarabağ»ın təhqir olunmasına göz yumdu

XƏBƏR 18 Oktyabr 2011 / 13:14 1749
-  A +

AFFA İntizam Komitəsi bu gün keçirilən toplantısında növbəti legioner özbaşınalığına göz yumub.

Qol.Az-ın məlumatına görə, İK «Rəvan» - «Qarabağ» matçının son dəqiqələrində meydan sahiblərinin braziliyalı futbolçusu Reis Klaudineinin Ağdam klubunu və onun azarkeşlərini təhqir etməsinə hüquqi qiymət verməyib.

Halbuki «Qarabağ»ın azarkeşləri bununla əlaqədar müvafiq qurumlara müraciət edərək futbolçuyla bağlı ən sərt tədbirlərin həyata keçirilməsini tələb etmişdi.

 


Son xəbərlər