“İnter”in futbolçusuna 4 oyunluq cəza

“İnter”in futbolçusuna 4 oyunluq cəza
XƏBƏR 18 Oktyabr 2011 / 12:59 1541
-  A +

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb. Qol.Az-ın məlumatına görə, Premyer Liqanın IX turunun “Neftçi” – “İnter” matçında qonaq komandanın yarımmüdafiəçisi Samir Zərgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb. “İnter” isə 4000 (dörd min) manat cərimə olunub.

Qeyd edək ki, sözügedən oyunda Zərgərov meydançanı tərk edtikdən sonra qırmızı vərəqə görmüşdü. Futbolçu ehtiyat oyunçular sakmayasından matçın baş hakimi Elçin Məmmədovun qərarına etiraz etdiyi üçün cəzalanmışdı.

Son xəbərlər