Bülənt Qorxmaz üçün yeni klub

Bülənt Qorxmaz üçün yeni klub
XƏBƏR 18 Oktyabr 2011 / 12:52 1961
-  A +

“Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz “Dənizlispor”u çalışdıra bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, “Qalatasaray”ın əfsanəsi Bank Asya Liqasında mübarizə aparan komandanın maraq dairəsinə düşüb.

Hazırda heç də yaxşı günlərini yaşamayan “Dənizlispor” rəhbərliyi çıxış yolunu məşqçi dəyişikliyində görür. Bu posta namizədlər arasında Qorxmazın da adı var.

Xatırladaq ki, gənc mütəxəssis “Bakı”dan ayrıldğı gündən bu yana işsizdir.

Son xəbərlər