Arsen Venger: "O, mənə Toni Adamsı xatırladır"

Arsen Venger: "O, mənə Toni Adamsı xatırladır"
XƏBƏR 18 Oktyabr 2011 / 01:12 1611
-  A +

"Arenal" klubunun baş məşqçisi Arsen Venger komandanın yeni müdafiəçisi Per Mertezaker haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına müsahibə verən fransalı mütəxəssis alman müdafiəçini "Arsenal"ın əfsanəsi Toni Adamsa bənzətdiyini bildirib:

"Mertezaker komandaya tez uyğunlaşdı. O, mənə Toni Adamsı xatırladır. Düzdür, Metrezker Adams kimi sürətli deyil, ancaq beynini yaxşı işlədir. O, oyundan-oyuna daha da artırır.

Alman futbolçu meydanda çox aqressiv oynayır ki, bu da mənim xoşuma gəlir. Bu futbolçunu "Arsenal"da görməyimdən çox şadam və onunla uğur qazanacağımıza inanıram".


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır