"Mançester Yunayted"ə bir şad, bir bəd xəbər

"Mançester Yunayted"ə bir şad, bir bəd xəbər
XƏBƏR 17 Oktyabr 2011 / 18:03 2140
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə Rumıniyanın "Otselul" (Qalats) klubu ilə qarşılaşacaq "Mançester Yunayted" ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, "Liverpul"la oyunda 90 dəqiqə oynayan "Mançester Yunayted"in aparıcı müdafiəçisi Rio Ferdinand özünü yaxşı hiss etmədiyindən Rumıniyaya aparılmayıb.
 
Lakin əvəzində zədəsini yeni sağaldan serbiyalı müdafiəçi Nemani Vidiçin komandanın düşərgəsinə qoşulduğu bildirilir. "Mançester Yunayted"in əsas kapitanı komanda ilə Rumıniyaya aparılıb.

Qeyd edək ki, "Otselul"(Qalats) - "Mançester Yunayted" matçı sabah keçiriləcək.


Son xəbərlər