Kloze karyerasını başa vuracağı tarixi açıqladı

Kloze karyerasını başa vuracağı tarixi açıqladı
XƏBƏR 17 Oktyabr 2011 / 17:19 1862
-  A +

Almaniya milli komandası və "Latsio" klubunun hücumçusu Miroslav Kloze karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Qol.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatından sonra futbolla vidalaşacağını bildirib:

"Əgər hər şey yolunda gedərsə, 2014-cü ilə qədər "Latsio"da qalacam. Braziliyada kerçiriləcək dünya çempionatından sonra karyeramı başa vuracağam".

Qeyd edək ki, Almaniya milli komandasının heyətində 62 qol vuran Polşa əsilli futbolçu bunlardan 14-nə dünya çempionatlarında imza atıb.


Son xəbərlər