“Dinamo” ilə oyunöncəsi “Beşiktaş”da ciddi itki

“Dinamo” ilə oyunöncəsi “Beşiktaş”da ciddi itki
XƏBƏR 17 Oktyabr 2011 / 14:50 1680
-  A +

Avroliqanın qrup mərhələsində 3 gün sonra Ukraynada Kiev “Dinamo”sunun qonağı olacaq “Beşiktaş” vacib oyunöncəsi ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, İstanbul klubunun əsas qapıçısı Rüştü Rəncbər sıradan çıxıb. Diz nahiyyəsindən zədə alan təcrübəli qolkiperin tibbi müayinədən sonra 1 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Belə olan halda Rüştü Avroliqada “Dinamo”, Superliqada isə “Mersin İdman Yurdu”, “Fənərbaxça”, “Sivaspor” və “Gənclərbirliyi” ilə oyunları buraxacaq.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner