«Rəvan» klubu son üç turdur uğurlu nəticə göstərməkdədir. Komanda əvvəlcə səfərdə «Turan»ı, sonra yenə rəqib meydanında iddialı klublardan sayılan «Qəbələ»ni məğlub etdi, dünən isə çempionluq uğrunda yarışan «Qarabağ»la oyunda bir xal qazanmağı bacardı.
Əlbəttə, Premyer Liqanın debütantı olan bir komandanın belə uğurlu nəticə göstərməsi sevindirici hadisədir və buna görə həqiqətən də klub rəhbərliyinin, baş məşqçinin işi təqdir olunmalıdır.
Amma klub rəhbərliyi və məşqçi heyəti komandanın uğurunu düşündüyü kimi, komandasına gətirdiyi əcnəbi futbolçular arasında bir balaca maarifləndirmə işi aparmalıdır. Ən azı bir klubun öz ölkəsi, ölkəsinin üzləşdiyi problemlər barədə legionerinə məlumat verməsi onun vəzifə borcudur. Bunu vaxtında edəndə işlərin yolunda gedə bilər, etməyəndə isə bir klubun futbolçusu sənin vətəndaşın, ölkən haqda ağzına gələni deyər.
Əgər «Rəvan» klubu vaxtlı-vaxtında əcnəbi futbolçusuna Qarabağın Azərbaycan üçün nə demək olduğunu başa salsaydı, bu komandanın braziliyalı futbolçusu Azərbaycan azarkeşini ən həssas yerindən vurmazdı. «Fuck Qarabağ». «Rəvan»ın futbolçusu bu söyüşü ilə təkcə «Qarabağ» klubunu, «Qarabağ» camaatını deyil, ən azı ürəyində Qarabağ sevgisi olan hər bir Azərbaycan vətəndaşını təhqir edib. Bu mənada, indi «Qarabağ»lı azarkeşlərin həmin futbolçuya cəza tələb etməsi onun mənəvi haqqıdır.
Hamıdan əvvəl bu cəzanı «Rəvan» klubu özü çıxarmalıdır. Çünki dünən «Dalğa» arenada baş verənlərə görə «Rəvan» klubu az məsuliyyət daşımır. Dediyimiz kimi, legioner futbolçuları arasında vaxtında təbliğat işi aparılsaydı, belə xoşagəlməz insident yaşanmazdı. Legioner Qarabağın nə demək olduğunu, Azərbaycan üçün hansı əhəmiyyəti daşıdığını haradan bilsin?
O futbolçu barədə cəzanı «Rəvan»dan sonra AFFA İntizam Komitəsi çıxarmalıdır ki, sabah eyni hallar «Neftçi»nin, «Xəzər Lənkəran»ın, «Bakı»nın, «Qəbələ»nin və digər klublarımızın oyununda təkrarlanmasın.
Ümid edirik ki, «Rəvan» klubunun rəhbərliyi bu məsələyə həssaslıqla yanaşacaq və bütöv bir bölgəni təhqir edən futbolçusu barədə ən sərt tədbirləri həyata keçirəcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu