«Qarabağ» azarkeşləri «Rəvan» klubunu məhkəməyə verə bilər

«Qarabağ» azarkeşləri «Rəvan» klubunu məhkəməyə verə bilər
XƏBƏR 17 Oktyabr 2011 / 12:50 1558
-  A +

«İmarət» fan-klubu «Qarabağ» klubunun «Rəvan»ın braziliyalı futbolçusu tərəfindən təhqir olunmasıyla əlaqədər Peşəkar Futbol Liqasına müraciət edib.

Bu haqda Qol.Az-a fan-klubun idarə heyətinin üzvü Qabil Hüseynov məlumat verib. O deyib ki, məsələylə əlaqədər ölkə başçısına da məktub ünvanlanıb.
 
«PFL və «Rəvan» bununla bağlı lazımi tədbir görməsə, «Rəvan» klubunu məhkəməyə verəcəyik».

Xatırladaq ki, «Rəvan» - «Qarabağ» matçının son dəqiqələrində meydan sahiblərinin futbolçusu Reys Klaudinei Ağdam klubunu və azarkeşlərini təhqir edib.

«İmarət» fan-klubu Klaudineinin bu hərəkətini əxlaqsızlıq kimi dəyərləndirib.

 


Son xəbərlər