Qurbanova "Əməkdar məşqçi" fəxri adı təqdim olundu

Qurbanova "Əməkdar məşqçi" fəxri adı təqdim olundu
XƏBƏR 17 Oktyabr 2011 / 11:14 2571
-  A +

“Qarabağ”ın baş məşqçisi mükafata layiq görülüb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, komandanın gənc çalışdırıcısı Qurban Qurbanov Azərbaycan Respublikasının "Əməkdar məşqçisi" fəxri adı ilə təltif edilib.

“Rəvan” – “Qarabağ” matçıöncəsi Gənclər və İdman Nazirliyinin futbol şöbəsinin müdiri Nüvər Xasıyev Qurbanovu diplomla təltif edib.

4 ildir məşqçiliyə başlamasına baxmayaraq, artıq qazandığı nailiyyətlərlə ölkədə ən seçkin çalışdırıcılardan sayılan Qurbanov 4 ilin hər birində medal qazanıb: 2 bürünc, 1 gümüş və 1 ölkə kuboku.

Qurbanov “Qarabağ”la eyni zamanda avrokuboklarda Azərbaycanın ən yaxşı nəticələrini qazanıb. Son 3 ildə Avroliqada 10 mərhələ oynayan və 7 dəfə növbəti tura yüksələn “Qarabağ”ın baş məşqçisi məhz 39 yaşlı Qurbanov olub. O, indidən “Qarabağ”ı  ən uzun müddətə çalışdıran məşqçi kimi tarixə düşüb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner