“Qarabağ” klubunun “İmarət” fan klubu futbol ictimaiyyətinə müraciət edib. Qol.Az-ın məlumatına görə, müraciətin əsas mahiyyəti Premyer Liqanın son turu çərçivəsində “Rəvan” – “Qarabağ” matçında baş verən hadisələrlə əlaqədardır.
Xatırladaq ki, "Rəvan" - "Qarabağ" matçında meydan sahiblərinin bərabərlik qolunu vurmasından sonra komandanın yarımmüdafiəçisi Reis Klaudinei Ağdam klubunun azarkeşlərinin əyləşdiyi sektorun qarşısına gələrək, "Fuck Garabağ" ifadəsini bir neçə dəfə təkrarlamaqla onları təhqir edib.
“İmarət” fan klubunun müraciətində isə deyilir:
16 oktyabr 2011-ci il tarixində baş tutan “Rəvan” - “Qarabağ” oyununda meydan sahiblərinin yarımmüdafiəçisi Reis Klaudinei Ağdam klubunun azarkeşlərinin əyləşdiyi sektorun qarşısına gələrək, bizləri ağır formada təhqir etməsindən şikayət edirik. “Rəvan” klubunun futbolçusu Reyes Klaudineinin “İmarət” fan klubunun üzvlərini bu cür təhqiri və idmançıya yaraşmayan hərəkəti heç bir etikaya sığmır. Onun dediklərini etik normalara uyğun gəlmədiyi üçün yazmırıq, lakin bu sözləri ona bağışlamaq niyyətimiz də yoxdur. Futbolda davranış kodeksi deyilən bir məsələ var. Həmin kodeksə futbolçudan tutmuş, klub prezidentinə kimi, hər kəs riayət etməlidir. Bu kodeks hesab edirik ki, “Rəvan” rəhbərliyi tərəfindən də pozulmuşdur.
Braziliyalı futbolçunun “Fuck Qarabağ” ifadəsini bir neçə dəfə təkrarlamaqla “Qarabağ” klubu və onun azarkeşlərini, eyni zamanda komandanın timsalında bütövlükdə Qarabağ camaatını və Azərbaycan xalqını təhqir etməsi kimi qəbul edirik. Bizim içimizdə Qarabağ qazilərinin, şəhidlərinin ailə üzvləri və övladları var. Onların çoxu bu gün Qarabağımız uğrunda müharibədə Ali Baş Komandan - İlham Əliyevin əmrini gözləyirlər. Bu kəlmələr hər bir azərbaycanlı üçün təhqirdir və hesab edirik ki, Azərbaycana hörmət etməyən bir futbolçunun burada qalmağa haqqı yoxdu.
Futbolun qızıl qaydası sayılan “futbolçu meydançada öz qabiliyyətini və xarakterini müsbət mənada nümayiş etdirməlidir” prinsiplərinə əməl etməyən bir oyunçunun meydanda olması futbolun özünə bir ləkədir. Onun qovulması digər legionerlərə də dərs olacaq və onlar da biləcəklər ki, Azərbaycanda bu cür hərəkət bağışlanmazdır. İnanırıq ki, klub rəhbərliyi və AFFA ona ən ağır cəzanı kəsəcəkdir. Belə bir hadisələrin təkrarlanmaması üçün vaxtında bu cür futbolçuları ölkədən qovmaq lazımdır.
İntizam Komitəsinin tətbiq etdiyi kodeksə əsasən futbolçuya həmin cəza verilməlidir. Nə qədər ki, bu tip hərəkətlərə göz yumulacaq, digərləri daha betərini edəcək. Bütün bunların qarşısının vaxtında alınması üçün Reis Klaudineinin Azərbaycandan çıxarılmasını tələb edirik!
Bizə Azərbaycanda əsl futbolçu lazımdır, tərbiyəsizlər yox! Azərbaycan futbolunda təhqirlərə son qoyaq!
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu