Messi "Barselona"nın tarixinə keçdi

XƏBƏR 17 Oktyabr 2011 / 00:01 1712
-  A +

"Barselona" klubunun argentinalı ulduzu Lionel Messi daha bir uğura imza atıb.

Qol.Az-ın məlumatına görə, La Liqanın son turunda "Santander"lə oyunda komandasının 2 qolunu vuran Messi "Barselona"nın ən çox qol vuran ikinci futbolçusu olub.

Kataloniya təmsilçisinin heyətində qollarının sayını 196-a çatdıran Messi "Barselona"da 194 qolun müəllifi olan əfsanəvi macarıstanlı hücumçu Ladislav Kubalanı geridə qoyub.

Qeyd edək ki, Messi La Liqada bu mövsüm keçirdiyi 7 oyunda 10 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər