Rednik: “Futbolçular millinin düşərgəsindən artıq çəki ilə qayıdırlar”

Rednik: “Futbolçular millinin düşərgəsindən artıq çəki ilə qayıdırlar”
XƏBƏR 16 Oktyabr 2011 / 20:35 2151
-  A +

“Bu oyunda qalib gəlməliydik. Bunu da bacardıq. Vurduğumuz qoldan sonra futbolçulara nə oldu, özüm də bilmirəm. Qoldan sonra komandanın oyunundan narazı qaldım”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq” üzərindəki qələbədən sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib. Milli komandamızın baş məşqçisi Berti Foqtsun yerli klubların çalışdırıcılarınıdan narazılıq etdiyini xatırladan rumıniyalı mütəxəssis futbolçularının zəif çıxışını yığmanın təlim-məşq toplanışı ilə əlaqələndirib:

“Berti Foqts bir çox hallarda klubların baş məşqçilərindən narazılıq edir. Lakin, futbolçular millinin düşərgəsindən artıq çəki ilə qayıdırlar. Bu cür fasilələrdən sonra keçirilən oyunlarda futbolçularım yaxşı oyun göstərmir. Qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm”.

Son xəbərlər