Qurban Qurbanov futbolçularından narazı qaldı

Qurban Qurbanov futbolçularından narazı qaldı
XƏBƏR 16 Oktyabr 2011 / 20:11 1849
-  A +

“Maraqlı oyun alındı. Əvvəlcədən də bilirdik ki, rəqib adi komanda deyil. Yaxşı heyəti var və oyunlara da yaxşı köklənə bilirlər”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Rəvan”la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də futbolçularından narazı qalıb:

“Bu gün qol vurmaq üçün xeyli imkanımız oldu. Ancaq həlledici vuruşlarda futbolçularımızda dəqiqlik çatmadı. Rəqib qapısına cəmi bircə dəfə yol tapa bildik. Buna görə də onlarla danışmalıyam. Bu qədər şansı boşa vermək, son saniyələrdə qapısından top buraxıb, qələbəni qaçırmaq olmaz”.

Son xəbərlər