Əmrah Çəlikəl: “O futbolçu Azərbaycanda oynamamalıdır”

Əmrah Çəlikəl: “O futbolçu Azərbaycanda oynamamalıdır”
XƏBƏR 16 Oktyabr 2011 / 20:03 3055
-  A +

“Qarabağ” klubunun rəhbərliyi “Rəvan”la oyundan sonra rəqib komandanın futbolçusu Reis Klaudineinin qarabağlı azarkeşləri təhqir etməsinə münasibət bildirib.

Komandanın direktoru Əmrah Çəlikəl Qol.Az saytına verdiyi açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib. Çəlikəlin fikrincə, bu cür futbolçular Azərbaycanda oynamamalıdılar:

“Məsələdən xəbərim var. Futbolçunun bu hərəkəti qəbulolunmazdır. Qarabağ adının nə demək olduğunu bilməyən futbolçu Azərbaycanda oynamamalıdır. Bir klubu və onun azarkeşlərini təhqir etmək heç bir idmançıya yaraşan hərəkət deyil”.

Klub rəsmisi məsələylə bağlı "Rəvan" rəhbərliyi ilə görüşüb, söhbət edəcəklərini bildirib: “İnşallah, bununla bağlı “Rəvan” rəhbərliyi ilə danışacağıq. Həmin futbolçuya hansı cəzanın verilməsi isə onların öz işidir. Buna qarışa bilmərik. Amma onlar da azərbaycanlıdılar. Futbolçularının bu hərəkətinə görə ən layiqli cəzanı verəcəklərinə inanıram”.

Son xəbərlər