Braziliyalı futbolçu “Qarabağ” klubunu təhqir etdi

XƏBƏR 16 Oktyabr 2011 / 19:34 2782
-  A +

Premyer Liqanın bu gün keçirilən “Rəvan” - “Qarabağ” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb. Qol.Az-ın məlumatına görə, “Rəvan”ın bərabərlik qolunu vurmasından sonra komandanın yarımmüdafiəçisi Reis Klaudinei Ağdam klubunun azarkeşlərinin əyləşdiyi sektorun qarşısına gələrək, onları təhqir edib.

Braziliyalı futbolçu üzünü qarabağlılara tutaraq, “Fuck Qarabağ” ifadəsini bir neçə dəfə təkrarlamaqla “Qarabağ” klubu və onun azarkeşlərini, eyni zamanda klubun timsalinda bütövlükdə Qarabağ camaatını təhqir edib. Bundan qəzəblənən fanatlar meydançaya daxil olmağa və futbolçunu cəzalandırmağa cəhd ediblər. Ancaq polis əməkdaşları bunun qarşısını alıb.

Daha sonra qarabağlı azarkeşlər “Rəvan” klubunun rəhbərliyi ilə görüşüb, Klaudideinin hərəkətindən onları xəbərdar etmək istəyiblər. Ancaq bu dəfə də polislər azarkeşlərə mane olublar.
“Qarabağ”ın fanatları baş vermiş hadisəyə görə “Rəvan” klubundan Klaudineinin cəzalandırılmasını təlb ediblər.

Son xəbərlər