Aleksandr Starkov: “Qələbəyə layiq idik”

Aleksandr Starkov: “Qələbəyə layiq idik”
XƏBƏR 16 Oktyabr 2011 / 18:36 1220
-  A +

Premyer Liqanın IX turunda “Bakı” səfərdə çempionatın debütantı “Sumqayıt Şəhər”i məğlub edib.

Qol.Az-ın məlumatına görə, matçdan sonra təşkil olunmuş mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Aleksandr Starkov bu fikirləri səsləndirib:

“Ağır oyun oldu. Rəqibin müdafiədən oynadığını və yaxşı təşkilatlanmış komanda olduğunu bilirdik. Çox qol buraxmayan komandadır. Oyuna görə qələbəyə layiq idik. Bir epizodda rəqibimiz fərqlənə bilərdi, lakin qapıçımız Marko Şarliya komandanı qoldan xilas etdi”.


Son xəbərlər