“Turan” klubunun kapitanı Ramal Hüseynov AZAL-la dünənki oyunda baş verən qalmaqala münasibət bildirib.
Təcrübəli yarımmüdafiəçi Qol.Az-ın müxbiri ilə söhbətində əvvəlcə hadisənin necə baş verdiyini danışıb. Hüseynov qalmaqaldan sonra meydana çıxmaq istəmədiklərini, ancaq sonradan fikirlərini dəyişdiklərini bildirib:
“Birinci hissənin son dəqiqələri gedirdi. Həmin epizodda AZAL-ın oyunçusu Beriaşviliyə dirsək atdı. Gürcü futbolçu da ona təpik atdı. Burada hər iki oyunçu meydandan qovulmalı idi. Ancaq görüşün baş hakimi Ramil Diniyev yalnız bizim futbolçuya qırmızı vərəqə verdi. AZAL-ın üzvünə isə sarı vərəqə göstərməklə kifayətləndi.
Bundan sonra meydançada bir qədər qarışıqlıq düşdü. Hətta o dərəcəyə çatdı ki, Musa müəllim komandanı oyuna çıxartmaq istəmədiyini dedi. Ancaq bir az keçəndən sonra qərara gəldik ki, çıxıb oynayaq”.
Kapitanın fikrincə, oyunun baş hakimi Ramil Diniyev həmin epizodda “Turan”a qarşı qərəzli qərar verib: “Həmin epizodda hakim bizə qarşı qərəzli qərar verdi. Əgər belə olmasaydı, hər iki futbolçunu meydançadan qovardı. Bizimkinə sarı, rəqibə qırmızı verirsə, deməli burada qərəzlilik var. Sözün açığı, bizi hakimlər çox sıxırlar”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu