Mehman Allahverdiyev iddialı danışdı

Mehman Allahverdiyev iddialı danışdı
XƏBƏR 16 Oktyabr 2011 / 12:40 1689
-  A +

“Qəbələ”ilk “altılığ”a düşmək uğrunda mübarizə aparan iddialı klubdur. Onlarla oyunun asan keçəcəyini düşünmürəm. Çünki rəqib üç oyundur ki, qələbə qazana bilmir və bizimlə görüşdən maksimum nəticə ilə ayrılmaq istəyəcək”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib. Səfərə yalnız nəticə üçün gedəcəklərini bildirən təcrübəli mütəxəssis komandasının məğlubiyyət acısı yaşamaması üçün əllərindən gələni edəcəklərini bildirib:

“Bütün qarşılaşmalarda, hətta güclü rəqiblərlə oyunlarda belə futbolçularım qol vurmaq üçün xeyli imkan qazansalar da, onlardan istifadə edə bilmirlər. ”Qəbələ”ilə görüşdə komandam hücumameyilli futbol göstərərək, qələbə qazanmağa çalışacaq. Klubda əsas futbolçularla bağlı zədə problemi yoxdur. “Kəpəz” səfərə döyüşkən heyətlə yollanacaq”.

“Kəpəz” cari çempionatda ən məhsuldar komanda olsa da, Allahverdiyev müdafiə xəttindəki boşluqlardan gileylənib: “Ən məhsuldar komanda olsaq da, çox təəssüf ki, qapımızdan xeyli qol buraxmışıq. Bunu da müdafiə xəttimizdə olan problemlərlə izah etmək olar. Artıq yavaş-yavaş bu problemin aradan qaldırılması üzərində çalışırıq. Əgər bu çatışmazlığı aradan qaldıra bilsək, qarşımıza qoyulan məqsədə çata bilərik”.

Son xəbərlər