UEFA “Sion”la bağlı geri addım atdı

UEFA “Sion”la bağlı geri addım atdı
XƏBƏR 16 Oktyabr 2011 / 12:17 1881
-  A +

UEFA bir müddət öncə Avroliqadan kənarlaşdırdığı İsveçrənin “Sion” klubunun məsələsi ilə bağlı geri addım atmağa məcbur olub.

Qol.Az-ın məlumatına görə, futbol qurumu yaydığı bəyanatda Beynəlxalq İntizam Məhkəməsinin (CAS) qərarını gözlədiklərini bildirib.

Əgər məhkəmə “Sion”un günahsız olduğunu təsdiqləsə, onda UEFA məcburi şəkildə bu komandanın Avroliqanın qrup mərhələsindəki yerini bərpa etməli olacaq. Belə olan halda isə “Sion”un əvəzinə Avroliqada iştirak hüququ qazanan Şotlandiyanın “Seltik” klubu qrupdan çıxarılacaq.

Qeyd edək ki, UEFA avrokuboklarda cəzalı futbolçu oynatdığını əsas gətirirərək, İsveçrə klubunu turnirdən kənarlaşdırmışdı.

 

 


Son xəbərlər