Türklər Amit Quluzadənin çıxışına qiymət verdilər

Türklər Amit Quluzadənin çıxışına qiymət verdilər
XƏBƏR 16 Oktyabr 2011 / 03:08 2109
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin "Kayseri Erciyesspor"un heyətində “Çaykur Rizespor”la keçirilən oyundakı çıxışı qiymətləndirilib.

Qol.Az-ın məlumatına görə, Türkiyə mətbuatı Amitin çıxışına aşağı bal verib. Son turda 79 dəqiqə meydanda olan Amitin çıxışı 5 bala layiq görülüb.

Quluzadə ilə yanaşı Kayseri təmsilçisinin daha 3 futbolçusu bu balla qiymətləndirilib. “Kayseri Erciyesspor”un ən yaxşısı isə Gökhan Kaba olub. O, 8 bala layiq görülüb.

 


Son xəbərlər