"Arsenal" hücumçusu ilə yollarını ayırır

"Arsenal" hücumçusu ilə yollarını ayırır
XƏBƏR 16 Oktyabr 2011 / 00:18 1950
-  A +

"Arsenal"ın mərakeşli hücumçusu Maruan Şamak qış transfer pəncərəsi dönəmində komandanı tərk edəcək.

Qol.Az-ın məlumatına görə, "Arsenal"ın baş məşqçisi Arsen Vengerin də 27 yaşlı futbolçunu komandasında görmək istəmədiyi bildirilir.

2010-cu ilin yayında "Bordo"dan transfer olunan Şamakın oyunu məşqçilər korpusunu qane etmədiyindən "Arsenal" rəhbərliyi futbolçunu tranferə çıxarmağı planlaşdırır.

Qeyd edək ki, bu mövsüm "Arsenal"da 4 oyun keçirən Şamak cəmi 1 dəfə rəqib qapısına yol tapıb.


Son xəbərlər