“Mançester Yunayted” klubunun canlı əfsanəsi Rayan Qiqqz hələ 1 il futbol oynamağa davam etməyi planlaşdırır.
Qol.Az-ın məlumatına görə, artıq 20 ildir “qırmızı şeytanlar”ın şərəfini qoruyan, aktivində 12 ölkə çempionluğu, Çempionlar Liqasının 2 dəfə qalibi və 4 İngiltərə Kuboku adı olan 37 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”dən ayrılmaq fikrində deyil.
Qiqqz həm də bütün turnirlərdə keçirilən oyunların sayına görə “Yunayted”in rekordçusudur. O, bu mövsümdə meydana 8 dəfə çıxıb və 2 qol vurub:
“Milad bayramından sonra məşqçi Aleks Fergüssonun ofisinə gedəcəyəm və biz yeni müqavilə barədə danışacağıq. Bizim çox gözəl münasibətlərimiz var. Mən artıq müqaviləmin daha 1 il uzadılması ilə bağlı söhbət etmişəm. Mən oynamaq istəyirəm – mənim üçün klubumda çıxış etməkdən gözəl heç nə yoxdur”.
Qeyd edək ki, Rayan Qiqz bu ilin yanvarında keçirilən sorğu zamanı “Yunayted”in tarixi boyu ən yaxşı futbolçusu seçilib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu