Qiqqz: "Çelsi" "Mançester Siti"dən daha təhlükəlidir"

Qiqqz: "Çelsi" "Mançester Siti"dən daha təhlükəlidir"
XƏBƏR 15 Oktyabr 2011 / 01:09 1435
-  A +

"Mançester Yunayted" klubunun uelsli futbolçusu Rayan Qiqqz bu mövsüm çempionluq yolunda yeganə rəqiblərinin "Çelsi" olduğunu bildirib.

Qol.Az-ın məlumatına görə, "Çelsi"ni "Mançester Siti"dən daha təhlükəli hesab edən Qiqqz əzəli rəqiblərinin çempion olacaqlarına inanmır:

"Mançester Siti"ni Premyer Liqanın üst sıralarında görmək olduqca qəribədir. Bu komandanın çempion olacağına inanmıram. Ancaq son 20 ilə nəzər salsaq, "Mançester Siti"nin xeyli gücləndiyini söyləyə bilərəm.

Güclü maliyyə vəsaiti hesabına yaxşı komanda qura biliblər. Bununla belə, onlar bizimlə rəqabət apara bilməyəcəklər. Məncə, "Çelsi" "Mançester Siti"dən daha təhlükəlidir".


Son xəbərlər