“Türkiyə ilə oyunumuz çox çətin olacaq. Rəqibimiz çox yaxşı bir komandadır. Ancaq bununla belə, son matçlarda yaxşı təsir bağışlamırlar”.
Qol.Az-ın məlumatına görə, bu fikirləri Xorvatiya millisinin sabiq futbolçusu Stepan Tomas deyib. Azərbaycan millisinin “Türk Telekom Arena”dakı oyununu izləyən müdafiəçi “ay-ulduzlular”ın hazırkı çıxışını qənaətbəxş saymır:
“Son oyunlarda mənim bildiyim, alışdığım yığma meydanda yox idi. Almaniya ilə görüşdə yalnız 30 dəqiqə oynadılar. Türkiyə yığması Azərbaycanla oyunda da çox əziyyət çəkdi. Yaxşı heyətləri var, ancaq Almaniya və Azərbaycanla görüşlərdə əvvəlki səviyyəsindən çox uzaq idi. Ancaq hər şeyə rəğmən, ilk oyunun Türkiyədə olmağı Xorvatiya üçün ən böyük üstünlükdür. Əgər 1 qol vursaq, cavab oyununda böyük üstünlük qazanacağıq.
Ancaq dolu tribunalar qarşısında atmosferi nəzərə alsaq, çətin olacaq. Mən Türkiyədə belə matçları çox oynamışam və hansı atmosferin olacağını təxmin edirəm. Türkiyə ilk 20 dəqiqədə sürətli başlayıb, qol vurmağa çalışacaq. Xorvatlar bu təzyiqi adlamalıdırlar”.
Millisinin qələbəsinə ümid edən xorvatiyalı futbolçu baş məşqçi bu oyunun Slaven Biliç üçün son şans olduğunu düşünür: “Xorvatiya yığması çox pis oynayır. Qrup matçlarında sürpriz məğlubiyyətlər aldılar. Ölkəmizdə Biliçdən məmnun deyillər, onu çox tənqid edirlər. Biliç belə bir durumu adlamaq və rahatlamaq üçün mütləq yığmanı Avro-2012-yə götürməlidir. Bu matç onun üçün həlledici olacaq. Qazanarsa, işinə davam edəcək. Əgər uduzarsa, komandanın başında qalması çox çətin olacaq”.
Qeyd edək ki, Türkiyə millisi Avro-2012-nin "play-off" mərhələsində Xorvatiya seçməsi ilə üz-üzə gələcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu