“Son günlər mənim üçün qeyri-adi və unudulmaz keçdi. Hesab edirəm ki, millidə çıxış edən hər bir futbolçu üçün bu belədir”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Səmədov deyib. Avro-2012-nin seçmə mərhələsinin Slovakiya və Andorra ilə son iki oyununda komandanın heyətində yer alan azərbaycanlı futbolçu Rusiya seçməsindəki debütündən danışıb. 27 yaşlı futbolçu bu yaşda yığmaya dəvət almağın bir qədər fərqli hiss olduğunu bildirib:
“Yığmadanın düşərgəsində əhval-ruhiyyə çox yaxşı idi. Açığı, bir az da həyəcan var idi. Amma çox deyildi. Millinin bir çox üzvü ilə tanışam və müxtəlif vaxtlarda bir yerdə oynamışıq. Ona görə də Ona görə də komandada heç bir problem yaşamadım. Hətta yaxın dostların olmasa belə, millinin düşərgəsi çox gözəldir.
Düzdür, 27 yaşında milliyə dəvət alanda, hər şeyi normal qarşılayırsan. Yığmaya 20-21 yaşda çağırılmaqla bu yaşda dəvət almaq tamamilə fərqli hisslərdir. İnsan mənim yaşımda olanda, artıq nə istədiyini bilir”.
Rusiya millisinin baş məşqçisi Dik Advokat haqqında maraqlı fikirlər söyləyən yarımmüdafiəçi Slovakiya ilə oyunun uzatma dəqiqələrində meydana daxil olmasına da münasibət bildirib: “Advokat çox aqressiv məşqçidir. Onun komandanı necə yükləməsi hələ də yadımdadı. Çox emosionaldır və sanki bunu meydanda bütün olan futbolçulara da aşılayırdı. O, öz enerjisini oyunçularına ötürməyi bacarır.
Slovakiyaya qarşı oyunun uzatma dəqiqlərində meydana çıxmağımı millidəki debütüm kimi qarşılayıram. Son iki oyun Rusiya üçün həlledici idi. Ona görə də Advokat riskə getmədi. Ancaq mənə “meydana çıx”deyəndə, mən də hazırlaşıb oyuna daxil oldum”.
Səmədov Slovakiya ilə görüşdə 1 dəqiqə oynasa da, Andorra ilə ev qarşılşamasında daha çox meydanda olub. Futbolçu həmin oyundakı çıxışı ilə bağlı isə bunları dilə gətirib: “Andorra elə də səviyyəli komanda deyil. Bildiyimə görə, onlar balaca meydançalarda oynayırlar. Ona görə də “Lujniki” kimi stadionda bizə qarşı rəqibin heç bir şansı yox idi. Onlar Rusiya çempionatının nə birinci, nə də ikinci divizionunda çıxış edə bilərlər.
Bu komanda ilə oyunun taleyi final fitindən xeyli əvvəl həll olunmuşdu. Ancaq mənə 10-15 dəqiqə oynamaq şansı verildi. Pis deyildi. Əsas odur ki, azarkeşlər razı qaldılar və komanda lazım olan nəticəni əldə etdi”.
Təcrübəli futbolçu millinin oyunlarından sonra Advokatla görüşdüyünü və onunla şəxsi söhbət etdiyini bildirib: “Advokatla şəxsi söhbətim oldu. Baş məşqçi öz arzularını və mənim etməli olduğum şeyləri söylədi. Sonda isə mənə təşəkkür etdi və uğurlar arzuladı. Başqa heç nə deyə bilmərəm. Aramızda qalsın”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu