Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyev Gəncənin “Kəpəz” klubunun son oyununda hakimliyin səviyyəsiylə bağlı fikirlərini bildirib. Klubun mətbuat xidmətindən Qol.Az-a daxil olan açıqlamada X.Fətiyev narazalığa səbəb olan «Kəpəz» - «Sumqayıt Şəhər» oyununda şəxsən iştirak etdiyini söyləyib.
«Bütün baş verənləri özüm izlədim. Baş hakim Rauf Cabbarov həmin oyunda çox qərəzli qərarlar verdi. Özü də bu onun Gəncə komandasına qarşı birinci və sonuncu səhv qərarı deyil. Bundan əvvəl onun baş hakimliyi ilə keçirilən 3-4 oyunda Cabbarov çox reallıqdan uzaq, Gəncə komandasının oyununa təsir edə biləcək qərarlar verib. Bunu arxasında nə dayandığını isə hələ bilmirəm» - deyə X.Fətiyev bildirib.
O qeyd edib ki, təkcə «Kəpəz»in oyununda deyil, bir çox qarşılaşmada da Rauf Cavabbov ya bilərəkdən, ya da bilmədən səhv qərarlar verir: «Bu da Azərbaycanda yeni-yeni inkişafa doğru addımlamaq istəyən futbolumuza açıq aşkar zərbə vurur. Bu gün ölkə başçısı İlham Əliyev idmanın ən maraqlı növlərindən olan futbolun regionlarda inkişafına böyük dəstək verir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da ölkəmizdə bu idman növünün daha da böyüməsinə böyük vəsaitlər xərcləyir, yeni layihələr həyata keçirir. Regionlarda yeni klubların yaranması, onların texniki təminatı, günü gündən yeniləşən futbolumuz bunun bariz nümunəsidir. Lakin böyük pullar xərclənən peşəkar komandaların oyununda Rauf Cabbarov kimi hakimlərin buraxdığı səhvlər təbii ki, futbolun inkişafına çalışan insanların, sponsorların əsəblərinə toxunur. Axı onlar yaxşı bir komanda formalaşdırmaq üçün çox böyük vəsaitlər xərcləyirlər. Komandaya xaricdən legionerlər dəvət olunur, uşaq futbolunun inkişafı üçün meydançalar yaradılır, onların maddi və texniki təminatı üçün bütün işlər görülür. Çox maraqlıdır ki, «Kəpəz» rəhbərliyinin etirazlarına baxmayaraq, bir çox oyunda kobud səhvlər buraxmış bir hakimi cəzalandırmaq əvəzinə yenə də növbəti turda peşəkar komandaların oyununa baş hakim təyin edirlər. Ölkə başçısının, AFFA rəhbərliyinin klublara göstərdiyi diqqət və qayğının qarşısında Hakimlər Komitəsinin belə müəmmalı təyinatlarını heç cürə başa düşə bilmirəm. Əgər Rauf Cabbarovu peşəkar hesab edirlərsə, deməli, bu hakim Gəncə futbolunun inkişafını istəmir və ya sifarişli qərarlar çıxarır, yox əgər təcrübəsizdirsə, niyə Hakimlər Komitəsi onu I diviziona və ya əvəzedicilərin oyununa göndərmir? Qoy, orada gedib bir az futbol biliklərini artırsın» - deyə X.Fətiyev qeyd edib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu