"Barselona"lı futbolçunun "elçi"ləri artır

"Barselona"lı futbolçunun "elçi"ləri artır
XƏBƏR 14 Oktyabr 2011 / 15:37 2037
-  A +

"Barselona" klubunun müdafiəçisi Erik Abidalın "elçi"ləri getdikcə artır.

Qol.Az-ın məlumatına görə, PSJ-nin ardından "Milan" klubu da fransız futbolçu ilə yaxından maraqlanır.

Mövsümün sonunda "Barselona" ilə müqaviləsi bitəcək Abidalın komandadan getmək ehtimalının çox olduğu söylənilir.

Hələ ki, "Barselona" ilə yeni müqavilə imzalamayan 32 yaşlı futbolçu daha öncə verdiyi açıqlamasında Kataloniyanı tərk etmək istəmədiyini bildirib.

Qeyd edək ki, 2007-ci ildə "Lion"dan transfer olunan Abidal "Barselona"nın heyətində 100-ə yaxın oyuna çıxıb.


Son xəbərlər